Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən 1,371 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.
Fins.az xəbər verir ki, bu həcmdə təbii qazın dəyəri 158,751 mln. ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-fevral aylarında ixrac edilən təbii qazın həcmi ötən ilin müvafiq dövründən 32%, dəyəri isə 25% az olub.
Hesabat dövründə Azərbaycanın ümumin ixracında təbii qazın payı 4,89% təşkil edib.