ABŞ, eləcə də Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) bir sıra dövlətlərlə yanaşı dünya neft bazarında gedən qiymət müharibəsindən zərə ölkələrin adı açıqlanıb.
Fins.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə CNBC analitikləri məlumat yayımlayıb
Əmtəə qiymətlərinin kəskin enməsi ABŞ-ın şist neft sənayesinə zərbə vurdu. Norveçin Rystad Energy konsaltinq şirkətinin əvvəllər açıqladığı kimi, Brent markalı neftin bir barreli üçün 30 dollar səviyyəsində olduğu təqdirdə ABŞ-da demək olar ki, bütövlükdə şist neftinin istehsalına təsir edir.
Əmtəə qiymətlərinin aşağı düşməsi, iqtisadiyyatı ən az şaxələnmiş olan OPEC-in neft istehsal edən ölkələrinə də böyük zərbə oldu. Analitiklər bildiri ki,İraq, Əlcəzair və Nigeriya çox çətin vəziyyətdədir
“Bu ölkələr ciddi maliyyə problemləri ilə üzləşəcəklər. Bir çoxu dövlət sektoru işçilərinə maaş verməkdə çətinlik çəkəcəklər. Bundan əlavə, onlar səhiyyə və təhsil üçün vəsait çatışmazlığı ilə üzləşəcək və bu da öz növbəsində bu ölkələrdə sosial gərginliyi artıracaq "deyə CNBC yazır.
Martın 6-dan sonra Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaq üçün OPEC + sazişindən çıxdıqdan sonra dünya bazarında neft müharibəsi başladı. Sazişin süqutundan sonra Ər-Riyad endirimlə xammal istehsalını və Avropaya neft tədarükünü artırmağı planlaşdırdığını açıqladı.
Rusiya da öz növbəsində istehsalın artırılmasının mümkünlüyü barədə xəbərdarlıq edib. Sonradan, İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri neft müharibəsində qiymətləri artırdı, onlar da xammalı endirimlə satmağı və ya tədarükü artırmağı planlaşdırdıqlarını açıqladı. Bazardakı böhran vəziyyətində, Brent markalı neftin qiyməti martın 9-da təxminən 30 dollara düşüb..
Müəllif:Aynur Qəniyeva