Siyasət

12 Mart

“Azərxalça”nın filiallarında modern xalçalar da toxunacaq

“Azərxalça”nın fəaliyyətinin əsas istiqaməti birinci növbədə ənənəvi xalçaçılığımızı qorumaq və yaşatmaqdır. Çünki xalça bizim milli dəyərimizdir və biz bu dəyəri göz bəbəyi kimi qoruyub gələcək nəsillərə ötürməliyik”.

Bunu  “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov deyib.

O bildirib ki, Azərbaycanın xovsuz və xovlu xalçaları bədii-texnoloji xüsusiyyətlərinə görə 9 qrup üzrə təsnif və tədqiq olunur: Bakı (Abşeron), Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Şirvan, Qazax-Borçalı, Quba, Təbriz (Cənubi Azərbaycan). Bu təsnifat “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb. “Azərxalça”nın filiallarında bu xalça qruplarının çeşniləri əsasında xalçalar toxunur.

Vidadi Muradovun sözlərinə görə, ənənəvi çeşnilər əsasında toxunan Azərbaycan xalçalarına keçmiş dövrlərdə olduğu kimi, bu gün də böyük tələbat vardır.

 “Ancaq biz modern xalçalar istəyən müştəri kontingentini də Azərbaycan xalçaları almağa cəlb etmək üçün ənənəvi çeşnilərimiz əsasında modern çeşnilər hazırlayırıq. Yəni, “Azərxalça”nın filiallarında həm klassik, həm də modern xalçalar istehsal ediləcəkdir. Bu da imkan verəcək ki, toxunan xalçaların satış problemi olmasın”,- Vidadi Muradov belə deyib.