Siyasət

12 Mart

Azərbaycanın mərkəzi hissəsində qazlaşdırma işləri üçün SOCAR-a 7 mln dollar ayrılacaq

Prezident İlham Əliyev Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi üçün SOCAR-a 11,97 milyon manat (cari məzənnə ilə $7,04 milyon) məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısı tərəfindən müvafiq sərəncam bu gün imzalanıb.

Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.

Sərəncam çərçivəsində Ağdaş rayonunda 11, Göygöl rayonunda isə 1 kənd qazlaşdırılacaq.

Hazırda Azərbaycanda qazlaşdırma səviyyəsi 96% təşkil edir.

Daha əvvəl prezident İ.Əliyev bildirmişdi ki, SOCAR 2020-ci ildə ölkədə qazlaşdırma işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 130 milyon manat alacaq.

2019-cu ildə şirkət bölgələrdə qazlaşdırma tədbirlərinin davam etdirilməsi üçün dövlət büdcəsindən 53,5 milyon manat alıb.*