Siyasət

11 Mart

ABŞ ehtiyatlarından neft satışını dayandırdı

ABŞ Enerji İdarəsinin nümayəndəsi Jess Jimanski-nin verdiyi açıqlamaya görə, ABŞ, bazarlardakı vəziyyəti nəzərə alaraq ehtiyatlarından neft satışı planını ləğv edib.

"Dünya neft bazarındakı son dalğalanmalar fonunda, ABŞ Enerji İdarəsi strateji neft ehtiyatından əvvəlcədən elan edilmiş xam neftin satışı planını dayandırır. Mövcud neft bazarlarını nəzərə alsaq, satış üçün ən yaxşı vaxt deyil” deyib.

Fevral ayında ABŞ 2020-ci ildə ehtiyatlarından neft satmaq niyyətində olduğunu açıqlamışdı.