Siyasət

11 Mart

İbrahim Əhmədov: Neft bazararındakı vəziyyətə görə dövlət öz makroiqtisadi çərçivələrini də müəyyən edir

Neft bazararındakı vəziyyətə görə dövlət öz makroiqtisadi çərçivələrini də müəyyən edir

Fins.az xəbər verir ki, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib 

Daha sonra “SOCAR-ın əməliyyatlarına nəzər salanda görürük ki, bilavasitə SOCAR-ın operatorluğu ilə işlənən yataqlardan hasil edilən neft əsasən ölkə daxilində istifadə olunur. Belə ki, SOCAR-ın öz imkanları ilə hasil etdiyi neftin böyük hissəsi ölkə daxilində emal olunur və məhz daxili bazarda satılır. Ölkədən kənardakı aktivlərimizə gəlincə isə, orada neft emalı, neft-kimya və son istehlakçılara satış kimi biznes sahələri üstünlük təşkil edir. Məhz bu səbəbdən dünya bazarlarında neftin qiymətinin azalması özü-özlüyündə şirkətin əməliyyatlarına məhdud təsir göstərir”, - Əhmədov bəyan edib.
Lakin onun sözlərinə görə, neftin qiyməti və şirkətin əməliyyatları arasında dolayısı ilə əlaqə var. “Bu əlaqə, şirkətin sahibi olan dövlətdən keçir. Belə ki, ölkədə xam neft hasilatının əsas hissəsi beynəlxalq şirkətlər konsorsiumları tərəfindən həyata keçirilir. Məhz bu neft, yəni beynəlxalq konsorsiumların Azərbaycanda hasil etdiyi neft birbaşa ixrac olunur və ölkənin əsas ixrac mənfəətini təşkil edir. Neft bazararındakı vəziyyətə görə dövlət öz makroiqtisadi çərçivələrini də müəyyən edir, dəyişən konyukturaya reaksiya verərək, daxili bazarı tənzimləyir. Daxili bazar isə SOCAR-ın öz istehsalı olan məhsullarının əsas hədəf bazarıdır”, - Əhmədov qeyd edib.
Onun sözlərinə görə, həmçinin dövlət Azərbaycanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edən çox sayda neft və qaz işlənməsi layihələrini maliyyələşdirir.
“Beləliklə, həm SOCAR-ın sərmayə qoyuluşları, həm də daxili bazardakı satışlardan əldə edilən marja bilavasitə dövlətin iqtisadi siyasəti ilə əlaqəlidir”, - Əhmədov əlavə edib.