Dünyada boru qazının qiyməti 6 aydan sonra ucuzlaşacaq
Fins.az xəbər verir ki, bunu Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib.
Dünyada təbii qazın qiymətləri Amerika Birləşmiş Ştatlarının birjalarında hərraclarda müəyyən olunur. Qazın qiyməti hazırda 65 dollara qədər ucuzlaşıb. Azərbaycan qaz satışını birja vasitəsilə deyil boru vasitəsilə həyata keçirir. Boru qazının qiyməti 3 aydan bir dəyişir. Bu rüblük dəyişiklik neft qiymətlərinin dəyişməsi ilə bağlıdır. Yəni hazırda neftin qiymətinin dəyişməsi qazın ilin ortasındakı qiymətinə təsir edəcək. Dünya bazarlarında qaz yayda ən ucuz qiymətə ticarət olunacaq. Bu qiymət ucuzlaşması təkcə mövsümü faktorlarla bağlı olmayacaq. Qazın qiyməti ona görə ucuzlaşcaq ki, fevralda, martda neftin qiyməti əvvəlki aylarla müqaisədə aşağı olub.
Biz Gürcüstana satdığımız boru qazının qiyməti hər 3 aydan bir bazarda karbohidrogenlərin qiymətinin dəyişilikliyinə uyğun şəkildə korrektə edilir.
O eyni zamanda "Biz Gürcüstana satdığımız boru qazının qiyməti hər 3 aydan bir bazarda karbohidrogenlərin qiymətinin dəyişilikliyinə uyğun şəkildə korrektə edilir. Bu böyük qiymət dəyişikliyi olmur. Dünyada boru qazının qiyməti 6 aydan sonra ucuzlaşacaq."-deyə qeyd edib.
Qeyd edək ki, hazırda Azərbaycanın qaz ixracı neft ixracına nisbətdə azdır. Ötən il 12 mld kub metr qaz ixrac edilib.Bu il bu həcmi 13 mld kub metrə çatdırılması planlaşdırılır. Azərbaycan 36 milyon tondan çox neft istehsal edir.Onun 6 mln tonunu emal edilir qalan hissəsi isə ixraca olunur.
Müəllif: Aynur Qəniyeva