Azərbaycan Energetika Nazirliyi hələlik neft bazarında mövcud vəziyyəti izləyir, gələcəkdə ölkədə neft hasilatının artırılmasına dair qərar qəbil edilməyib. Bu barədə Energetika Nazirliyin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva deyib.
“Hazırda individual qaydada heç bir addıma cəhd etmirik. OPEC+ ölkələrinin neft hasilatının məhdudlaşdırılması üzrə sazişin vaxtı bitdikdən sonra ölkədə neft hasilatının artırılması məsələsi açıq qalır. Aprelin 1-dək hadisələrin necə cərəyan edəcəyinə diqqət yetirək”, - Z.Əliyeva bildirib.
Xəbər verildiyi kimi, martın 6-da OPEC+ üzv ölkələrinin iclasının yekunlarına dair gələcək saziş ilə bağlı razılıq əldə olunmayıb, həmçinin dünən keçirilən iclasdan sonra OPEC yalnız ikinci rübdə neft hasilatının azalmasını gündəlik 1,5 milyon barrel artırmağı və mövcud məhdudiyyətin gündəlik 1,7 milyon barrel uzadılmasını tövsiyyə edib.
Bundan əlavə, Səudiyyə Ərəbistanı OPEC+ neft hasilatının birgə azaldılmasını ehtiva edən OPEC+ sazişi üzrə əsas tərəfdaşı olan Rusiya ilə konsensusa nail olmayaraq OPEC ölkələri ilə neft hasilatının bütün 2020-ci il üçün daha 1,5 milyon barrel azaldılmasını razılaşdıraraq dərəcələri iki dəfə artırıb.
OPEC-in növbəti iclası iyunda keçiriləcək
© “İnterfaks-Azərbaycan”