"Son illər Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar dünya bazarında neftin ucuzlaşmasının ölkədə şok effekti yaratmasının qarşısını alır".
Bunu fins.az- verdiyi açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, Azərbaycan manatının 2015-ci ildəki ikili devalvasiyasıdan sonra neft qiymətlərinin ölkə iqtisadiyyatını təsirini azaltmaq üçün xeyli iş görülüb, odur ki, "qara qızıl"ın indiki ucuzlaşmasından narahat olmaq lazım deyil: "Məsələn, dövlət büdcəsi xərclərinin neftin qiymətinin dəyişməsindən asılılığını minimuma endirmək üçün büdcə qaydaları müəyyən olunub. Digər tərəfdən qeyri-neft sektorunun inkişafına, qeyri-neft ixracının artmasına və bu yolla iqtisadiyyatın şaxələndirilməsinə dəstək verilib, Azərbaycana xarici valyutanın daxil olma mənbələrinin sayı artırılıb. İdxalın əvəzlənməsi üçün yeni istehsal sahələri yaradılıb, maliyyə sektorunda, o cümlədən banklarda sektorunda sağlamlaşdırma tədbirləri görülüb. Bütün bu addımlar, həm də ölkənin strateji valyuta ehtiyatları əmtəə birjalarında neftin qiymətinin indiki həddə və bundan da aşağı olduğu halda iqtisadiyyatın şok effetki yaşamamasına imkan verir".
Bununla yanaşı, millət vəkili qeyd edib ki, neftin ucuzlaşmasının nə qədər davam etməsi də önəmlidir: "Əgər inkiki qiymət 1 ildən çox davam edəcəksə, bu, istənilən neft ixrac edən ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyəcək".