İndiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox iş yeri yaradılıb.
Fins.az-ın məlumatına görə, ötən il həmin zonalarda istehsalın ümumi həcmi 2,6 dəfə artıb. Üstəlik, bu məhsullar yüksək keyfiyyətli olduğu üçün dünya bazarına da ixrac edilib. Yaxın gələcəkdə isə verilmiş investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşdırılması yerli istehsala 4 milyard manatdan artıq investisiyanın yatırılmasına, eləcə də 28 minədək yeni iş yerlərinin açılmasına imkan yaradacaq. Qeyd edək ki, ölkənin hərtərəfli inkişafını nəzərdə tutan siyasətə uyğun olaraq bu layihələrin 87 faizi regionlarda icra olunacaq.