Siyasət

28 phrase_var_core.february

İtaliya Azərbaycandan neft alıcıları arasında liderliyi qoruyub

Azərbaycan 2019-cu ildə İtaliyaya 11 mln. 470 min 595,61 ton neft ixrac edib, bud a 2018-ci ilin göstəricisindən 7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

İtaliyaya ixrac edilmiş neftin dəyəri $5 mlrd. 536 mln. 752,34 min təşkil edib (artım 5,1%).

2019-cu il ərzində ixracın ümumi həcmində 37,2% İtaliyaya tədarükün payına düşüb.

Hesabat dövründə Azərbaycan neftinin ən iri alıcıları sırasına İsrail ($1 mlrd. 328 mln. 417,04min dəyərində 2 mln. 777 min 971,69 ton), Hindistan ($952 mln. 928,99 min dəyərində 1 mln. 934 min 861,98 ton), Almaniya ($905 mln. 730,41 min dəyərində 1 mln. 919 min 973,96 ton), Çin ($714 mln. 127,51 min dəyərində 1 mln. 414 min 187,91 ton), İspaniya ($701 mln. 714,48 min dəyərində 1 mln. 489 min 891,29 ton), Fransa ($528 mln. 008,32 min dəyərində 1 milyon 78 min 87,05 ton) və Çexiya ($645 mln. 970,38 min dəyərində 1 milyon 336 min 960,54 ton) daxil olub.

Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycandan ixrac olunmuş $14 mlrd. 814 mln. 132,71 min dəyərində neftin bəyan edilmiş həcmi 30 mln. 837 min 85,07 ton təşkil edib