Siyasət

27 Fevral

SOCAR “Belneftexim” üçün Supsa limanından 80 min tona yaxın Azərbaycan nefti göndərəcək

SOCAR şirkəti (ARDNŞ) “Belneftexim” konserninə 80 min tona yaxın Azərbaycan nefti ilə bir tankerin nəqli üzrə razılığın əldə olunduğunu təsdiq edib.

“Məndə olan məlumata görə, “Belneftexim” üçün bir tanker pariyasının nəqlinə dair razılıq var, ikinci partiya ilə bağlı danışıqlar aparılır. Azərbaycan nefti ilə tanker Supsa limanından göndəriləcək”, -deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

O, ilk tanker partiyasının göndəriləcəyi tarixi dəqiqləşdirməyib.

Öncə “Belneftexim”in mətbuat katibi Aleksandr Tişenko “İnterfaks-Zapad” agentliyinə məlumat verib ki, Belarus konserni ARDNŞ ilə 160 min ton ümumi həcmdə iki neft tankerinin nəqli üzrə saziş bağlayıb.

“Martda Ukrayna ərazisindən “Odessa-Brodı” neft kəməri ilə neftin nəqli başlanacaq. SOCAR şirkəti ilə 160 min ton ümumi həcmdə iki neft tankerinin nəqli üzrə sazişi təsdiq etdik”, - Tişenko bildirib

(c) “İnterfaks-Azərbaycan”