Siyasət

26 Fevral

“Azəriqaz”: Qaz kəmərləri təmir edilərək beton dirəklər üzərinə qaldırılır

2019-cu ildə bölgələrdə ümumi uzunluğu 18 kilometrdən çox olan 530 millimetr diametrində qaz kəmərləri torpaqdan təmizlənərək beton dirəklər üzərinə qaldırılıb

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib

Məlumatda bildirilib ki,  uzun müddət müxtəlif təsirlərdən torpaq qatı ilə örtülən kəmərlərin dirəklərə qaldırılaraq yenidən boyanması, onların istifadə müddətini xeyli artırmış olacaq. Qazax rayonu, Əskipara Qaz Paylayıcı Stansiyasından Quşçuayrım istiqamətində 7300 metr, Ağstafa rayonu, Saloğlu-Poylu istiqamətində 3800 metr, Gəncə-Göygöl istiqamətində 7500 metr uzunluğunda olan kəmərlər əvvəlki görkəminə qaytarılıb.

Cari ildə də bu sahədə işlərə artıq başlanılıb. Ümumi uzunluğu 16 kilometrdən çox olan Gəncə-Dəlimmədli istiqamətindəki qaz kəməri, Bərdə, Cəlilabad rayonlarındakı qaz kəmərləri, Masallı rayonunda “Bambaşı” və “Şərəfə” qaz kəmərləri il ərzində təmir edilərək beton dirəklər üzərinə qaldırılacaq.