Siyasət

24 Fevral

"AzerGold” koronavirusla əlaqədar qızılın qiymətinin artmasına görə daha çox gəlir əldə edir

Son zamanlar koronavirus epidemiyası səbəbindən qızılın qiymətinin artımı “AzerGold” GSC-nin gəlirlərinin artmasına şərait yaradır. Bunu cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

“Geosiyasi amillər dünyada qızılın qiyməti öz təsirini göstərir. Hazırda koronavirusun yayılması səbəbindən həqiqətən qiymət artımı var. “AzerGold”un büdcəsi cari qiymətdən aşağı olan müəyyən qiymət nəzərə alınaraq formalaşdırılıb. Bu deməkdir ki, biz böyük gəlirlə işləyirik”, - İbrahimov bazar ertəsi mətbuat konfransında bildirib.

O qeyd edib ki, son zamanlar qızılın qiymətinin artıması “investorların müəyyən qızıl ehtiyatı yaratmaq cəhdi” ilə şərtlənir.

Xəbər verildiyi kimi, 2020-ci ildə “AzerGold” 55,2 min unsiya qızıl satmağı planlaşdırır.

Hazırda Azərbaycanda qızıl hasilatı iki şirkət tərəfindən həyata keçirilir. Onlardan biri prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC-dir.

Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.