İlham Şaban: Hazırda Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istehsal edilən elekrik enerjisnin 91,2 faizi SES-lərin payına düşür.
Prezident İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda keçirilən dəyirmi masadada bildirib ki, Azərbaycanda bərpaolunan enerji sahəsinə böyük diqqət yetirilir və rəsmi Bakı bərpa olunan enerji sahəsində elektrik obyektlərinin tikintisi ilə bağlı 5 yeni təklif alıb. Bundan öncə isə yanvar ayında Azərbaycan xarici sərmayəçilərlə alternativ energetika sahəsində özünün ilk iki pilot layihəsini imzalamışdı. İlk təəssürat belədir ki, Azərbaycan bu sahəni qədəm qoyduğumuz onillikdə sürətlə inkişaf etdirmək niyyətindədir.
Alternativ energetikanın Azərbaycanda nə dərəcədə sürətlə inkişaf etməsi ilə bağlı məsələləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla müzakirə edirik:
Azərbaycan bir ənənəvi enerji ölkəsi kimi ad çıxarıb və onun alternativ enerjiyə üz tutmasının Sizcə perspektivləri varmı?
Düzdür, biz indiyə qədər sadəcə ənənəvi enerji ölkəsi kimi ad çıxartmamışıq, onun pioneri kimi adımızı tarixə yazmışıq, istər quruda neft hasilatında olsun, istərsə də dənizdə. Özü də adımız neft taixində sadəcə bir quyu qazdı, neft fontan vurdu ilə bitməyib, adımız həm də tarixə onun böyük həcmlərdə çıxarılması ilə düşüb – tək bicə Abşerondakı yataqlardan XX-ci əsrin ilk ilində dünya neftinin yarısı çıxarılıb. Hələ neftlə bağlı dünyada nə qədər yeniliklər Azərbaycanda tətbiqi ilə tarixə yazılıb. Əslində enerji sahəsində XXİ əsrin içərisinə biz neftdən qaza keçidlə transfer etməklə irəliləyirik. Və bir müddət sonra biz Azərbaycanın enerji balansında qazın şəksiz lideliyinin şahidi olacağıq və mavi yanacağın liderliyi nəinki bu əsr, hətta o biri əsrə də keçə bilər.
Bu baxımdan alternativ və bərpa olunan enerjinin inkişaf etdirilməsində əslində elə bir təəccüblü bir amil yoxdur və elektrik enerjinin istehslında onun xüsusi çəkisinin artımına meyllik hazırda istənilən bir ölkənin normal bir arzusudur. O cümlədən Azərbaycanın. Özü də bunun həmin ölkənin ənənəvi enerji ilə zəngin və ya kasad olmasına elə bir aidiyyatı da yoxdur. Və həmin ölkənin Avropada və ya Şərqdə yeləşməsi də elə bir rol oynamır. Çünki alternativ və bərpa olunan enejidən yararlanmaq bu gün yeni çağıış və zamanın tələbidir. Necə ki, bir vaxtlar sənaye kömürdən neftə keçirdi. Ancaq kömür indi də energetikada aparıcı rol oynayır, dünya eneji balansında öz xüsusi çəkisini heç qaza da vermir, yalnız neftdən geridir.
Bu baxımdan alternativ enerjinin payı hələ dünya enerji balansında çox kiçikdir. Sırf elektrik enerjisinə gəldikdə isə, dünya enerji statistikasına dair “BP World Statistical Review” son hesabatda qeyd olunur ki, 2018-ci ildə Yer kürəsində 26 614,8 Teravatsaat elektrik enerjisi istehsal edilimişdir ki, bunun da 2480,4 Teravatsaatı külək və günəş turbinlərindən alınan elektrik enerjisinin payına düşüb, yəni 9,32%-i.
Bu qədər giriş verdikdən sonra Azərbaycanın alternativ enerji sahəsindəki imkanlarına toxunmaq istərdim. Əlbətt də, biz bu sahənin iqtisdiyyatda və məişətdə tətbiqi ilə bağlı Şimali Amerika, Avropa və bir sıra Şərq ölkələrindən xeyli geridə qalmışıq. Ancaq alternativ enerjimiz yox da deyil. Baxmayaraq ki, bu sahəyə dövlət hələ 2009-cu ildən diqqətini ayırmışdı və xüsusi Agentlik də yaratmışdı.
2019-cu ilin yekunları ilə bu amili aydınlaşdıraq. Dövlət Statistika Komitəsinin məlumalaına diqqət yetirək:
Ölkə üzrə ümumi əmtəəlik elektrik enerjisi istehsalı (mln kVt/saat) |
23402,0 |
100% |
O cümlədən: |
||
İstilik elektrik stansiyalarında |
21718,0 |
92,8% |
Su elektrik stansiyalarında |
1535,5 |
6,56% |
Günəş elekeik stansiyaları |
42,3 |
0,19% |
Külək elektrik stansiyaları |
106,2 |
0,45% |
Alternativ enerji (külək və günəş elektrik stansiyaları) və bərpa olunan enerji mənbələindən (su elekrik stansiyaları) hasil edilən elektrik enerjinin ölkə üzrə istehsal edilən əmtəəlik elektrik enerjisindəki xüsusi çəkisi 7,2% təşkil edib. Yəni Azərbaycanın 2019-cu il üzrə göstəricisi dünya üzrə əldə olan 2018-ci il göstəricisindən 22,7% geridə qalır. Təbii ki, nəzərə almaq lazımdır ki, dünya üzrə alernativ energetika göstəriciləri ötən il daha da irəliləyib və Azərbaycanla arada olan məsafə bir qədər də uzaqlaşıb.
- Onda belə çıxır ki, Prezidentin Münhendə “Bizim planımız 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir” bəyanatı çətin realizə olunan bir məsələdir.
- Mən istərdim ki, bu 30 faiz məsələsinə aydınlıq gətirim. Bu yeni bir fikir deyil əslində. 13 yanvar tarixində 2019-cu ilin yekunlarına dair Prezidentin yanında keçirilmiş müşavirədə İlham Əliyevin yekun nitqində “Bizim enerji balansımızda bərpa olunan enerjinin payı hazırda təqribən 17-18 faizdir. Bizim uzunmüddətli strategiyamıza görə, biz bunu ən azı 30 faizə çatdırmalıyıq” fikrini söyləmişdi.
Əslində biz gördük ki, bərpa olunan enerjinin payı ötən il 7,2 faiz təşkil etmişdi. Bəs Prezident nədən belə göstəricilər açıqlamışdı?
İş burasındadır ki, dövlət başçısı bu rəqəmlərə istinad etməzdən öncə Azərbaycan energetika nazirliyinin rəsmiləri bir neçə dəfə ötən ilin sonlarında müxəlif tədbirlərdə məhz bu göstəriciləri ictimaiyyətə açıqlamışlar. Ancaq onlar da hansısa mənbəyə əsaslanmalıdırlar, yəni havadan götürülmüş bir rəqəm ola bilməz axı. Çünki Statistika komiəsinin aylıq dəc edilən hesabatları deyilən göstəricilərlə üst-üstə düşmürdü.
Məsələ burasındadır ki, deyilən 17-18% əslində bərpa olunan enerjinin ölkə elektrik enerjisi istehsalındakı payı deyil, stansiyaların ümumi gücündəki payını ifadə edir. İri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə
elektrik stansiyalarının qoyuluş gücü 1276 MVt-dır ki, bu da ümumi gücün 17%-ni
təşkil edir. Yəni onun ictimaiyyətə çatdırılmasında bir qədər xətaya yol verilib, çünki stansiyanın gücü ilə istehsal göstəriciləri fərqli məsələlərdir və buradan da onun istehsaldakı xüsusi çəkisi də ilbəil dəyişir.
- Onda keçək sualın əsas hissəsinə: Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin xüsusi çəkisini Sizcə elektrik enerjisi balansında hansı səviyyəyə qədər artırmaq olar?
- Bu sualın daha detallı cavablandırmaq üçün ilk olaraq zaman limitini seçmək gərəkdir.
Bu ilin 9 yanvar tarixində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələri imzalanıb. Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Bu stansiyalarının tikintisi layihələrinə $400 milyonadək sərmayə yatıracaq. Ancaq onların istismara verilməsi 2023-cü ildən tez baş verməyəcək. Yəni Energetika nazirliyinin qeyd etdiyi kimi, hər iki stansiyanın fəaliyyəti nəticəsində illik ortalama 1,4 milyard kVtsaat elektrik enerjisi isehsalı proqnoz edilir.
Ancaq poqnoz həmişə optimist rəqəmlərə tuşlanır, reallıq isə ondan nisbətən daha az göstəricilər üzərində olur. Bu baxımdan 1,2 mlrd kVtsaat götürə bilərik. O zamana ənənəvi enerji ilə işləyən stansiyalar da yerində saymayacaq ki? Abşeron iqtisadi zonası Azərbaycanın enerjiyə tələbatı artan perspektiv rayonudur, bu baxımdan burada yeni bir böyük gücə malik istilik elekrik stansiyasının tikintisi reallaşdırılmalıdır. Nəticə etibarı ilə hazırkı balans bir o qədər də dəyişməyəcək. Yəni tərəzinin bir gözündə alternative enerji isehsalını artırırıq, o biri gözündə ənənəvi enerji də gəlir.
İkinci bir tərəfdən bərpa olunan enerji mənbələri içərisində hazırda xüsusi çəki etibarı ilə su elekrik stansiyaları fərqlənirlər – 2019-cu ilin nəticələrinə görə, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istehsal edilən elekrik enerjisnin 91,2 faizi SES-lərin payına düşüb. Onların perspektivi isə ölkəmizdə neft kimi azalmağa doğru gedir, artıma yox. Çünki su ehtiyatlarımız azalır.
Ümumiyyətlə, orta perspektivdə sudan enerji alınmasına mənfi təsir rolunda iki amil çıxış edir:
1) iqlim dəyişmələri – yağıntının qış və yaz mövsümündə az yağması, çaylarda sulaşma səviyyəsini ildən ilə azaldır – Təbii Sərvətlər və Ekologiya nazirliyinin ötən ilin noyabında keçirilən konfransda açıqladığı məlumata görə son beş ildə Azərbaycanda çayların sulaşma səviyyəsi 15% azalıb.
2) Ölkədə kənd təsərrüfatı işlərinin genişləndirilməsi suvarma işlərinin miqyasını artırır, bu isə su anbarlarından məhz kənd təsərrüfatı yönümlü istiqaməti prioritetə çevirir, enerji sahəsi isə mövsumi xaraker daşıyır.
Gəlin bu cədvələ diqqət yetirək, görək statistikamız nə deyir sudan enerji istehsalımız haqda.
Azərbaycanın SES-lərində son 9 ildə elektrik enerji istehsalı 2,24 dəfə azalıb. Təkcə son 1 ildə hidroturbinlərdən istehsl edilən elektrik enerjisi 11,6% aşağı düşüb.
2010 – 3446,0 mln kVtsaat
2016 – 1911,9
2018 – 1737,6
2019 – 1535,5
Təsəvvür edək ki, 2030-cu ilə qədər həqiqətən də 10-a yaxın külək və günəş elektrik stansiyaları tikildi. Özü də kifayət qədər gücə malik. Həm quru ərazimizdə, həm də sahil zolağında dənizdə.
Və hesab edək ki, onlardan 3-3,5 milyard kilovat saat elektrik enerjisi almaq mümkün oldu. Ancaq 10 il sonra ölkənin əmtəəlik elektrik enerji istehsalını 28 milyard kVtsaat həcmintə proqnoz etsək, onda altenativ və bərpa olunan mənbələrdən alınan enerjinin xüsusi çəkisi 14-16% təşkil edə bilər ki, bu da indiki göstəricidən ən azı 2 dəfə çox uğur əldə etməkdir.
Ancaq bir məsələ var burada. Alternaiv energetika kapitalyönümlü sahədir. Yəni alterniv enerji mənbələrindən (külək və günəşdən) alınan enerji bahalı enerjidir. Adicə kimsə bölgədə və ya Abşeronda öz həyət evini 5-6 kVt gücündə olan külək generatoru və ya günəş panelləri ilə təmin emək isəsə, enerjinin saxlanılmasını əmin edən baareyalala birlikdə bu 10 min manadan çox xərc ələb edəcək. Ona görə də biz onun məişədə tətbiqini görmürük. Əhali və biznes üçün əlçatanı elə ənənəvi enerjidir.
Bu baxımdan Azərbaycanda mən o qədər də optimist fikirdə deyiləm ki, ölkəmizdə hökumət bahalı enerji istehsalında maraqlı olacaq. Azərbaycan hökuməti onu dotasiyalaşdırmağa nə dərəcədə hazır olacaq əgər bu sahədən alınan enerjinin xüsusi çəkisini artırmaq istəsə.
Bu baxımdan alternativ enerji mənbələri lokal məkanların enerji təminatı üçün daha əlverişlidir, nəinki ölkənin enerji sisteminin dayanıqlı təminaında bir iştirakçı kimi çıxış etməsi: çünki nə günəşi, nə də küləyi stabil sifariş etmək mümkünsüzdür. FED.az