Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin (İB) baş direktoru Şahmar Hüseynov Qaz Anbarlarının İstismarı İdarəsində yeni qazvurma mövsümünə hazırlıqla bağlı görülən işlərlə tanış olub.
Şahmar Hüseynov və birliyin digər rəhbər şəxsləri “Qalmaz” yeraltı qaz anbarında işçi heyətlə görüşüb, həyata keçirilən tədbirlərə baxış keçiriblər.
Qeyd edək ki, Qaz Anbarlarının İstismarı İdarəsinin balansında 2 – “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarı var. Anbarlara qazvurma mövsümündə "Qaradağ" və "Qalmaz" qaz kompressor stansiyalarında (QKS) istismar edilən 10QKNAM və MKS-12 tipli qazmühərrikli kompressorlar vasitəsilə qaz vurulur.
Uzun illərin təcrübəsi göstərir ki, qazvurma mövsümündə anbarlara vurulan qazın ən böyük hissəsi Qaradağ QKS-in üzərinə düşür. Bildirilib ki, 2020-ci ildə qazvurma mövsümünün yaxınlaşdığını nəzərə alaraq kompressor maşınlarının qazvurmaya hazırlanması üçün lazım olan bütün tədbirlər görülür.