OPEC+ formatı dörd illik fəaliyyəti dövrü ərzində səmərəliliyini sübut və neftin qiymətinin stabilləşməsini təmin edib. Azərbaycanın energetika naziri Pərviz Şahbazov belə hesab edir.
“Məhz Azərbaycan prezidenti İlham Əliyev 2016-cı ildə Davos Forumunda OPEC-a üzv ölkələri və ixracatçı dövlətlərin gələcək fəaliyyətin əlaqələndirilməsi məqsədilə görüşlərin təşkilini təklif edib. 2017-ci ildə Azərbaycanın ən fəal iştirakçılarından olduğu saziş imzalanıb. Nəticədə, OPEC+ formatı yaradıldı. Neft hasilatının azalmasını təmin edərək və qiymətləri stabilləşdirərək təqribən 4 il ərzində bu format səmərəliliyini təsbit edib”, - Şahbazov İtaliyanın «İl Sole 24 Ore» portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, son razılıqlar çərçivəsində Azərbaycan 2020-ci ilin birinci rübündə hasilatın gündəlik 27 min barrel azaldılmasına dair öhdəlik götürüb. .
“Yanvarda gündəlik 770 min barrel hasil etdik. Qiymətləndirmələrimizə görə, növbəti üç il ərzində yeni yataqlar sayəsində neft hasilatını tədricən artıracağıq. Həmçinin, barrelin qiymətinin dinamikasından asılı olaraq gələcəkdə geoloji kəşfyyat işləri həyata keçirəcəyik. Lakin, vurğulamaq istərdim ki, neft bazarında hər zaman qiymətlərin stabilləşməsinə çalışmaq yaxşıdır. Bu həm istehlakçılar, həm də ixracatçılar üçün yaxşıdır”, - nazir vurğulayıb