Azərbaycan və İtaliya şirkətləri arasında enerji layihələrinin reallaşdırlması məqsədilə imalanan müqavilələrin dəyəri $10 milyarda yaxın təşkil edir. Bunu prezident İlham Əliyev deyib.
“Azərbaycanın enerji sektoru və Azərbaycanın sərhədlərindən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın olan müqavilələr imzalayıblar. Qeyri-enerji sektorunda bu rəqəm təqribən 700 milyon dollardır”, - Əliyev cümə axşamı İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə görüşündə bildirib.
Prezident vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsində böyük qeyri-tarazlıq var. “Lakin biz, həmçinin bilməliyik ki, bu, əsasən bizim İtaliyaya neft ixracımızla bağlıdır. Ona görə də biz ixracımızın şaxələndirilməsində maraqlıyıq. Əlbəttə ki, biz Azərbaycana İtaliya ixracını artırmaq üçün əlavə tədbirlər görməliyik”, - Əliyev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın texnoloji cəhətdən yenilənməsi prioritetdir. “Əminəm ki, mənim səfərimdən sonra ortaq maraqları təmsil edən daha çox layihələr görəcəyik”,- Əliyev bəyan edib.
Prezident vurğulayıb ki, cümə axşamı Azərbaycan Müdafiə Nazirliyi və İtaliyanın "Leonardo S.p.A" şirkəti arasında Anlaşma Memorandumu imzalandı (“M-346” təyyarələri üçün inteqrasiya sistemlərinin satınalınmasına dair - İF) Bu, “Leonardo” tərəfindən həyata keçiriləcək çox böyük müqavilə olacaq, çox ümidverici layihədir. Çünki biz müdafiə infrastrukturumuzun müasirləşdirilməsi mərhələsindəyik”, - o bildirib.
Əliyev əlavə edib ki, Azərbaycanın xarici borc çox aşağıdır – ümumi daxili məhsulun 17%-ni təşkil edir. Sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 6 dəfə böyükdür.
Prezident qeyd edib ki, hazırda Azərbaycan İtaliyaya əsas neft ixracatçılarından biridir. “Düşünürəm ki, biz birinciyik. Ona görə də əsas diqqət qeyri-enerji sektoruna yetirilməlidir. Burada biz kənd təsərrüfatı, ağır sənaye, kiçik və orta müəssisələrin qarşılıqlı əlaqəsi məsələlərinə gəlirik. Əlbəttə, biz İtaliyadan böyük investisiyaları alqışlayırıq və İtaliya iqtisadiyyatına investisiya yatırmağa hazırıq. Bu gün Azərbaycanın İtaliya şirkətlərində və daşınmaz əmlaklarında investisiyaları təqribən 1,5 milyard dollar təşkil edir və bizim inkişaf etmək üçün potensialımız mövcuddur”, - dövlət başçısı bəyan edib.
Əliyev əməkdaşlıq üçün potensial sahələr qismində kosmik sənaye, turizm sahələrini qeyd edib. “Əminəm ki, qarşıdan gələn illərdə İtaliya şirkətləri Azərbaycanda ən fəal olan şirkətlər olacaqlar. Onların bəziləri ilə, - bu şirkətlərin nümayəndələri buradadır, - bizim artıq uzunmüddətli əməkdaşlığımız mövcuddur. Bəziləri ilə biz əməkdaşlığa başlamağı planlaşdırırıq”, - Əliyev vurğulayıb.