2020-ci ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2710) 59 min 345,33 ton neft məhsulları ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Yanvar ayında Azərbaycandan $28 milyon 159,68 min ton dəyərində 59 min 345,33 ton bəyan edilmiş neft məhsulları ixrac olunub”, - deyə məlumatda bildirilir.
2019-cu ilin yanvar ayında $19 milyon 967,12 min dəyərində 40 min 246,83 ton bəyan edilmiş neft məhsulları ixrac edilib. Beləliklə, cari ilin yanvar ayında ixracın həcmi miqdar ifadəsində 47,5%, dəyər ifadəsində 41% artıb.
Ötən il Azərbaycandan $462,789 milyon dəyərində 979,717 min ton neft məhsulları ixrac olunub ki, bu da 2018-ci illə müqayisədə miqdar ifadəsində 3,5%, dəyər ifadəsində 11,1% azdır.