Fevralın 21-də "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şamaxıda vətəndaşları qəbul edəcək.
ASC-dən verilən məlumata görə, qəbul saat 10:00-da "Azərişıq"ın Şamaxı şəhərində yerləşən inzibati binasında baş tutacaq.
Qəbulda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar iştirak edə bilər.