Siyasət

19 Fevral

Şüşə lövhələr istehsalı zavodunun tikintisi davam etdirilir

“Sumqayıt Kimya Sənaye Parkı”da Almaniya texnologiyası əsasında ildə 8 milyon kvadratmetr müxtəlif çeşiddə şüşə lövhələr istehsalı zavodunun tikintisi davam etdirilir.

Fins.az xəbər verir ki, bu, Sumqayıt şəhər İcra Hakimiyyətinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabatında bildirilir.

Hesabatda qeyd edilib ki, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rola malik “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də yerli və xarici investorların marağı getdikcə artır. Hazırda Parkda investisiyalarının həcmi 3 milyard dollar olan 21 rezident qeydiyyata alınıb. 16 müəssisə istehsal fəaliyyəti ilə məşğuldur. İstehsalat və tikinti-quraşdırma işlərində əksəriyyəti Sumqayıt şəhərinin və ətraf ərazilərin sakinləri olan 5 mindən çox işçi çalışır. Təkcə ötən il parka 807 milyon 500 min manat investisiya yatırılıb. Almaniya texnologiyası əsasında ildə 8 milyon kvadratmetr müxtəlif çeşiddə şüşə lövhələr istehsalı və “Azərxalça” ASC-nin ildə 370 ton iplik və 195 ton təmiz yun istehsal olunacaq Yun Əyirici-Boyaq fabrikinin tikintisi davam etdirilir.

©Marja