2020-ci ilin Yanvar ayında insanın qidalanması üçün yararlı olan duzun istehsalı azalıb.
Fins.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, Yanvarda 4,6 min ton qida duzu istehsal edilib. 2019-cu ilin Yanvar ayına nisbətən qida duzu istehsalı 5,2% azalıb.
2019-cu ildə Azərbaycanda 74,7 min ton insanın qidalanması üçün yararlı duz istehsal edilmişdi. 2018-ci illə müqayisədə istehsalın həcmi 16% artmışdı.