Bu ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 35,2% artaraq 52,4 mln manat təşkil edib.
Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk ayında ölkədə 191,9 min ton sement istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar ayı ilə müqayisədə 34% azdır.
Bu ilin yanvar ayında ölkədə 8,8 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 76,6% çoxdur. Bu ilin yanvar ayında tikinti kərpicinin istehsalı 8,3% artaraq 37,2 min kubmetr təşkil edib.
Tikinti gipsinin istehsalı 5,5% azalaraq 0,4 min ton olub. Yanvar ayında tikinti əhənginin istehsalı 26,2% artaraq 2 min ton təşkil edib.
Yanvar ayı ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 2,8 min tonolaraq, ötən ilin yanvar ayı ilə müqayisədə 73,4% azalıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 19,4% artaraq 3,7 min kubmetr təşkil edib.
Ötən ay ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 20,6% azalaraq 631,6 ton təşkil edib.
Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 21,7% artaraq 114,9 min ton təşkil edib.