Keçən ay ölkənin neft-qaz sektoruna 475,2 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, ay ərzində neft-qaz sektorunda 2 milyard 613,7 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilə nisbətən 0,6 faiz artıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 0,7 faiz azalıb. Sənaye məhsulunun 68,4 faizi mədənçıxarma sektorunda istehsal edilib.
Ötən ay sənaye məhsullarının istehsalçı qiymətləri indeksi dekabrla müqayisədə 96,2 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 94,9 faiz olub.
Yanvarın 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 34,8 min nəfər çalışıb. Ötən il neft-qaz sektorunda nominal əməkhaqqı isə 3108 manat təşkil edib.