Siyasət

18 Fevral

Azərbaycan neft ixracını 4,3% azaldıb, qaz ixracını 23,2% artırıb

2019-cu ildə Azərbaycan 31 milyon 238 min ton neft ixrac edib ki, bu da 2018-ci ilin göstəricisindən 4,3% azdır. 

Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $14 milyard 447 milyon 114 min (azalma 11,6%) təşkil edib.

2019-cu ildə Azərbaycan 12 milyard 210,2 milyon kubmetr qaz ixrac edib ki, bu da ötən ilin göstəricisindən 23,2% çoxdur. Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $2 milyard 569 milyon 583,3 min (artım 50,8%) təşkil edib.

Hazırda Azərbaycan qazı Gürcüstan və Türkiyəyə ixrac edilir