Siyasət

18 Fevral

SOCAR yanvar aylarında avtomobil benzini istehsalını 15,3%, dizel istehsalını 21,5% artırıb

2020-ci ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 21,3% - 272,6 milyon manata qədər artıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verilib.

Yanvar ayında 121,9 min ton avtomobil benzini (artım 15,3%), 55,2 min ton kerosin (artım 12,7%), 203,1 min ton dizel yanacağı (artım 21,5%), 12 min ton soba mazutu (artım 2,3 dəfə), 4,1 min ton sürtkü yağı (artım 2,2 dəfə), 14,7 min ton neft bitumu (artım 2,5 dəfə) istehsal edilib.

Ötən ay birbaşa qovulan benzin istehsalı 10,1% - 23,1 min tonadək, neft koksu istehsalı 1,4% – 20,8 min tonadək azalıb.

Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı neft emalı zavodu (SOCAR-ın strukturuna daxildir) fəaliyyət göstərir