Siyasət

18 Fevral

Zərgərliyə nəzarət yoxdur, alıcılar üçün risklər artmaqdadır

"Yerli zərgərlik sənayesinə nəzarət sistemləri olmadığından  tədarükçülərin və alıcıların hüquqlarının pozulması riskləri artmaqdadır"

Fins.az xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov bildirib.

O deyib: "Dünyada müasir və innovativ keyfiyyətə nəzarət mexanizmlərinin mövcud olmasına baxmayaraq, hazırda yerli zərgərlik sənayesinin dəyər zənciri üzrə keyfiyyətə nəzarət sistemlərinin yoxluğu iqtisadi itkilərlə yanaşı, bir sıra sosial problemlərə gətirib çıxara bilər. Bildiyiniz kimi, ötən ilədək bu nəzarət funksiyasının bir hissəsini Əyar Palatası icra edirdi,  hazırda isə bu istiqamətdə vahid nəzarət mexanizmi yoxdur və bu fonda tədarükçülərin və alıcıların hüquqlarının pozulması riskləri artmaqdadır".