Siyasət

18 Fevral

Mikayıl Cabbarovdan zərgərlik sahəsində fəaliyyət göstərən iştirakçıların fəaliyyəti barədə

Azərbaycanda zərgərlik sahəsində fəaliyyət göstərən iştirakçıların öz fəaliyyətlərini qanuni əsaslarla həyata keçirilməsi təmin edilməlidir.

Fins.az-ın məlumatına görə bunu Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar mövzusunda təşkil olunan sahibkarlara görüşdə çıxış edərkən İqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, dövlət bazar iştirakçılarına həmin bu keçidin həyata keçirməkdə dəstək olmağa hazırdır. "Təəssüf ki sektorda şəffaflığın təmin edilməsi bu gün bir məsələ olaraq qalır. Zahiri parıltının altında çox da xoş olmayan mənzərə mövcuddur. Azərbaycanda zərgərlik bazarının real vəziyyəti qiymətli metallar, qiymətli daşlar istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, həmçinin müvafiq idxal ixrac əməliyyatları ilə bağlı durum, bu sahədə bir sıra tədbirlərin görülməsini zəruri edir. Bu tədbirlərin bəziləri hesab edirəm ki təxirəsalınmazdır",- deyə nazir qeyd edib.