Siyasət

17 Fevral

Azərbaycan çıxarılan qaz kondensatının miqdarını AÇIQLAYIB

2019-cu ildə Azərbaycanda 3 milyon 912,4 min ton qaz kondensatı hasil edilib.

“2019-cu ildə Azərbaycanda 3 milyon 912,4 min ton qaz kondensatı hasil edilib. 2018-ci ildə bu həcm 2 milyon 839,7 min ton təşkil edib. Beləliklə, ötən il bu göstərici 37,7% artıb”, - deyə məlumatda bildirilir.

2019-cu ildə ölkə üzrə neft hasilatının ümumi həcmində 10,4% kondensatın, qalan həcm isə neftin payına düşüb.

Azərbaycanda qaz kondensatının əsas hissəsini “Şahdəniz” yatağı təmin edir və hasil edilən məhsulun bütün həcmi Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixraca göndərilir. Kondensat hasilatının artımı “Şahdəniz” yatağından qaz hasilatının artması ilə əlaqədardır.

Daha əvvəl Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ildə Azərbaycanda 37 milyon 517,6 min ton neft və kondensat hasil edilib