Siyasət

17 Fevral

Macarıstan 2023-cü ildən etibarən Azərbaycan qazının idaxlına başlaya bilər

Macarıstan 2023-cü ildən etibarən Azərbaycan qazının idaxlına başlaya bilər. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

Öncə Siyarto qeyd edib ki, Macarıstan 2021-ci ildən Azərbaycandan qaz əldə etməyi ümid edir.

“Macarıstanın Azərbaycandan alacağı illik 1-2 milyard kubmetr qaz ölkənin enerji təhlükəsizliyini mühüm dəsərcə artıracaq. Macarıstan 2023-cü ildən etibarən Azərbaycan qazının idaxlına başlaya bilər”, - Siyarto Budapeştdə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyanın yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. Bu barədə «HUNGARY today» nəşri məlumat verir.

Nazirin sözlərinə görə, Macarıstan tərəfindən Azərbaycan qazının alışı tikintisi başa çatmaq üzərə olan Cənub Qaz Dəhlizi və illik 45 milyard kubmetr təşkil edcək Azərbaycanda qaz hasilatının həcminin artmçası hesabına mümkün olacaq.

Siyarto Macarıstanın MOL və ABŞ-ın Chevron şirkətləri arasında sazişi xüsusi qeyd edib. Bu sövdələşmə nəticəsində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsində səhmlərin 9,5%-ni və Azərbaycanda və regionda ən iri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin səhlərinin 9%-ni əldə edib. Onun sözlərinə görə, “bu, Qafqazda Macarıstanın ən iri sərmayələridir”.

O, həmçinin məlumat verib ki, Macarıstan üçün Azərbaycan bazarında enerji içkiləri bazarı ən mühüm istiqamətlərdəndir, burada Hell içkilərinin payı 60% təşkil edir.

Bundan əlavə, Siyartonun sözlərinə görə, Macarıstan şirkətlərindən biri Azərbaycanda Eximbank tərəfindən maliyyələşdirilən istixana ferması inşa edir.

Öz növbəsində, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, Bakı və Budapeşt iqtisadiyyat və siyasətdə strateji tərəfdaşlardır.

O, həmçinin məlumat verib ki, Macarıstanın Wizz Air loukoster şirkətinə mövcud Bakı-Budapeşt reyslərinə əlavə olaraq Azərbaycanın digər beynəlxalq aeroportalrınan uçuşların həyata keçirilməsinə başlamaq imkanı təklif edilib.

Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $38 mlrd.-dır.

CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin dörüdncü rübündə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin iyun ayından başlanılıb.