Siyasət

17 Fevral

Şefçoviç: Aİ və Azərbaycan Xəzərdən Avropaya qaz nəqli layihəsini başa çatdırır

Avropa İttifaqı və Azərbaycan Xəzər regionundan Avropaya qaz nəqlini nəzərdə tutan layihənin başa çatdırılmasına yaxındır. Bu barədə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç məlumat verib.

“Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşdüm. Enerji təhlükəsizliyinin yaxşılaşdırılması üzərində birlikdə gərgin işləmişik: Avropaya Xəzər qazının nəqli üzrə səylərimiz son mərhələdədir”, - Şefçoviç Twitter səhifəsində yazıb.

Azərbaycan qazının Avropaya nəqli Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində həyata keçiriləcək.

“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.

CQD layihəsinin ümumi dəyəri $38 milyard təşkil edir.

CQD 4 layihədən ibarətdir, bunun 3-ü – “Şahdəniz-2”, Cənubi Qafqaz Boru kəmərinin(CQBK) genişləndirilməsi və TANAP – artıq başa çatıb. Layihənin son komponenti olan, 10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP qaz kəmərinin tikintisi başa çatmaq mərhələsindədir