Siyasət

14 Fevral

Energetika nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib

 Energetika nazirinin müavini Samir Vəliyev Gəncə şəhərində, nazir müavini Elnur Soltanov isə Hacıqabulda vətəndaşları qəbul edib.

Fins.az xəbər verir ki, bu barədə  Energetika Nazirliyi məlumat verilib

Məlumatda bildilir ki, vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər təbii qaz təchizatı, qaz qurğularının istismara qəbulu, elektrik enerjisi təchizatı, elektrik enerjisindən istifadəyə görə yaranmış borc və cərimələrin silinməsi, işlə təminat və digər məsələləri əhatə edib.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb