Siyasət

14 Fevral

SOCAR: TAP qaz kəmərinin istismara veriləcəyi son müddət – 2020-ci ilin sonudur

SOCAR şirkəti (ARDNŞ) Trans-Adriatik qaz kəmərinin (TAP) istismara veriləcəyi son müddətin 2020-ci ilin sonu olacağını hesab edir. Bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

“Keçmişdə meydana gələn problemlər aradan qaldırılıb, bütövlükdə Cənub Qaz Dəhlizinin yaradılması layihəsi artıq başa çatmaq üzrədir. CQD-nin son elementi olan TAP-ın hazırlığı 91% təşkil edeir. TAP-ın işə salınmasının konservativ vaxtı 2020-ci ilin sonu, hətta daha tezdir. TAP-ın bütöv sistemi bir dəfəyə istismara veriləcək”, - Bəylərbəyov EURACTIV-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-2”-dən Azərbaycan qazının nəqlinə dair İtaliya ilə müqavilə 25 il müddətinə imzalanıb, nəqlin həcmi illik 8 milyard kubmetr təşkil edir. Eyni zamanda, TAP istismara veriləndən və Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi başa çatandan sonra Yunanıstan və Bolqarıstan illik 2 milyard kubmetr (ümumilikdə - İF) Azərbaycan qazı əldə edəcək.

“Bütün alıcılar nəql üçün növbəyə durub. Ümid edirəm ki, artıq maneələr olmayacaq”, - SOCAR-ın nümayəndəsi qeyd edib.

Bəylərbəyovun sözlərinə görə, İtaliyada qaz kəmərinin tikintisi yüksək ekoloji təhlükəsizlik səviyyəsi ilə həyata keçirilir. Lakin, İtaliya ərazisində son 8 km-lik sahə “siyasi nöqtey-nəzərindən daha həssasdır”. Yerli əhali əl topxunuklmayan çimərlik və turizm sənayesinə görə narahat olaraq, boru kəmərinin çəkilməsinə əngəl olurdu.

Bundan əlavə, o hesab edeir ki, boru kəmərinin tikintisində fasilələr yeni arxeoloji kəşflər ilə əlaqədar ola bilər. “Türkiyə və Yunanıstanda boru kəmərinin tikintisi mərhələsində çoxsaylı arxeoloji tapıntılar aşkar edilib. Hər dəfə bu baş verəndə iş dayandırılırdı, hökumət nümayəndələri dəvət edilirdi ki, müdaxilə olunsun”, - o bildirib.

O cümlədən, Bəylərbəyov bəyan edib ki, TAP İtaliyanın təbii qaza olan artan tələbatlarını ödəyə biləcək. “Biz anlayırıq ki, yaxın 10 il ərzində İtaliyanın indikindən daha çox həcmdə qaza tələbatı olacaq. Bu nöqteyi-nəzərdən, CQD və komponenti olan TAP-ın ötürmə qabiliyyəti bu potensial defisitin əksər hissəsinin ödənilməsi üçün kifayətdir”, - o vurğulayıb.

Həmçinin, SOCAR-ın nümayəndəsi qeyd edib ki, CQD Rusiyanın “Türk axını” qaz kəmərinə rəqin deyil. “Yunanıstan, Bolqarıstan və İtaliya ilə 25 il müddətinə imzalanan müqavilədə qeyd olunan həcmlərimiz TAP hazır olan kimi İtaliyaya daxil olamağa başlayacaq. Bu dəyişilə bilməz. Rusiya, Liviya, Əlcəzair və ya digər qazın olub və ya olmamasının əhəmiyyəti yoxdur, çünki biz artıq yerimizi təmin etdik”, - o bəyan edib.

Bəylərbəyov məlumat verib ki, indiyədək “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağında istismara tam hazır olan 16 quyu qazılıb. “8 quyudan artıq hasilat həyata keçirilir, qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə nəql olunur. İtaliyada TAP-ın tikinti işləri tam başa çatdıqdan sonra qalan quyular da tədricən istismara veriləcək”, - o bildirib.

Bəylərbəyov əlavə edib ki, 2018-ci il iyulun 1-dən TANAP ilə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2”-dən Azərbaycan qazı artıq Türkiyəyə nəql olunur. 2018-ci ildə bu nəqlin həcmi 2 milyard kubmetr, 2019-cu ildə - 4 milyard kubmetrə yaxın təşkil edib, 2020-ci ildə - 6 milyar kubmetrə yaxın nəql olunacaq. “Bu, “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-1”-dən Türkiyəyə nəql olunan 6 milyard kubmetr qaza əlavə həcmdir”, - o qeyd edib.

Eyni zamanda, Bəylərbəyov bildirib ki, “Şahdəniz” yatağının çox böyük potensialına çox inanır, “bu da yatağın “işlənməsinin üçüncü, hətta dörüdncü mərhələsini təsbit edir”.

Bundan başqa, Bəylərbəyov əlavə edib ki, kəşfiyyat və işlənmə mərhələsində olan Azərbaycanın digər yataqları da iri həcmdə qaz potensialına malikdirlər.

CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

Layihənin dəyəri $38 mlrd.-dır.

TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək. Layihənin səhmdarları BP (20%), SOCAR (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir