Siyasət

13 Fevral

Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı azalıb

2020-ci il yanvarında Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 79,77 faiz azalaraq 62 110 dollar təşkil edib.

Bu barədə-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib Qeyd edək ki, 2020-ci ilin yanvarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 4,3 faiz azalaraq 166,974 milyon dollar təşkil edib.

Bu göstərici hesabat dövründə ölkənin ümumi ixracının 1,1 faizini təşkil edib.

Xatırladaq ki, 2019-cu ildə Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı 2018-ci illə müqayisədə 39,85 faiz artaraq 88,675 milyon dollar təşkil edib.

©Trend