Siyasət

13 Fevral

“Azərkimya” və “Petkim” arasında əməkdaşlıq sazişi imzalanıb

“Azərkimya” İstehsalat Birliyi və Dünya İqtisadi Forumu SOCAR-ın Türkiyədəki analoji müəssisəsi olan “Petkim Petrokimya Holding A.Ş.” şirkəti ilə əməkdaşlıq sazişi imzalayıb.

Sazişə əsasən SOCAR-ın Türkiyə və Azərbaycandakı zavodları arasında işçi və təcrübə mübadiləsi aparılacaq.

Qeyd edək ki, 2020-ci ilin birinci rübündə “Azərkimya” İB-nin bir qrup gənc mühəndisi təcrübə toplamaq üçün “Petkim Petrokimya Holding A.Ş.” zavoduna göndəriləcək.

©Trend