Siyasət

12 Fevral

Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 21 faizdən çox artıb

Yanvarda mədənçıxarma sektorunda neft istehsalı 3,8 faiz azalıb, əmtəəlik təbii qaz hasilatı isə 21,1 faiz artıb. Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib

Məlumatda bildilir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar ayında 4,2 milyard manatlıq və ya ötən ilin müvafiq ayı ilə müqayisədə 2,1 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 68,4 faizi mədənçıxarma sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,0 faiz artıb.