Siyasət

11 Fevral

Nazirlik:Azərbaycan OPEC+ çərçivəsində neft hasilatının azaldılması üzrə öhdəliyi 100% yerinə yetirib

2020-ci ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı 769 min barrel olub. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.

“2020-ci ilin yanvar ayında Azərbaycanda gündəlik 769 min barrel neft hasil olunub. Bununla da OPEC+ çərçivəsində öhdəlik yerinə yetirilib (gündəlik 769 min barrel - İF)”, - nazirliyin məlumatında deyilir.

Yanvarda Azərbaycanda gündəlik 678 min barrel xam neft və 91 min barrel kondensat hasil olunub.

Yanvar ayında gündəlik 540 min barrel xam neft, 87 min barrel kondensat, 22,3 min barrel neft məhsulları ixrac edilib