Siyasət

10 Fevral

SOCAR-ın Gürcüstanın ümumi gəlirləri 1,5 mlrd. dolları ötüb

SOCAR 2006-cı ildən etibarən Gürcüstan iqtisadiyyatına 1,1 mlrd. ABŞ dolları həcmində sərmayə yatırıb.

Bunu "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, bu müddət ərzində SOCAR-ın Gürcüstanda ümumi gəlirləri 1,5 mlrd. dolları ötüb: "SOCAR uzun illərdir Gürcüstan iqtisadiyyatında ən iri vergi ödəyicisi şirkəti kimi tanınır. Şirkətin bu ölkədə üzərinə düşən böyük sosial məsuliyyəti də mövcuddur".

©APA