Siyasət

08 Fevral

"Azərenerji" də gözlənilən kəskin hava şəraitinə görə gücləndirilmiş rejimə keçdi

“İlin 365 günü 24 saat fasiləsiz olaraq elektrik enerjisi istehsal etdiyindən hər zaman növbətlilik prinsipi ilə fəaliyyət göstərən “Azərenerji” ASC hava şəraitinin dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq, iş qrafikini bir qədər də gücləndirib”. 

Bu barədə  məlumat verən “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, idarə və müəssisə rəhbərlərinə tapşırılıb ki, enerjisistemdə qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının operativ aradan qaldırılması məqsədilə elektrik şəbəkələrində, stansiyalarında və sistem əhəmiyyətli yarımstansiyalarda  bütün işçilər iş yerlərində olsun, rəhbər vəzifəli şəxslər iş rejiminə nəzarəti gücləndirsinlər. 

 

Teymur Abdullayevin sözlərinə görə enerjisistemdə qəflətən açılmadan itirilə biləcək gücü əvəz etmək üçün lazımı ehtiyat güc saxlanılması,  Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işinə nəzarəti gücləndirilməsi də xüsusi vurğulanıb: “Eyni zamanda “Azərenerji” ASC-nin müəssisələrinin, o cümlədən mühəndis-kommunikasiya və rabitə xətlərinin mühafizəsinin gücləndirilməsinin təmin edilməsi də xüsusi nəzarətə götürülüb”.