Siyasət

07 Fevral

SOCAR-ın Gürcüstandakı terminalından yük aşırmaları artıb

Azərbaycan Dövlət Neft Şirkətinin  Kulevi neft terminalından (Qara dəniz, Gürcüstan) 2008-ci ildən 26 mln. ton neft və neft-kimya məhsulları aşırılıb.

Bu barədə Kulevi “Black Sea” terminalı  məlumat yayımlayıb.

2019-cu ildə terminaldan 1,608 mln. ton məhsul aşırılıb ki, bu həcm 2018-ci ildən 16% çoxdur.

Bildirilib ki, həcmin artırılmasına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi və “Black Sea” terminalının gördüyü davamlı tədbirlər nəticəsində nail olunub.

Qeyd edilib ki, Kulevi neft terminalı və limanında əməliyyatlar 2008-ci il mayın 16-da başlanıb və bir aydan da az müddət sonra ilk tanker qəbul edilib.

Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə SOCAR tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub.

©Report