SOCAR-ın Gürcüstandakı Kulevi Neft Terminalı ("Black Sea Terminal”) 2008-ci ilin may ayından bəri 26 mln. ton karbohidrogen və neft-kimya məhsulları aşırıb.
Terminaldan verilən məlumata görə, 2019-cu ildə SOCAR-ın Qara Dəniz Terminalı 1,61 mln. tona yaxın karbohidrogen və neft-kimya məhsulu aşırıb, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 16% çoxdur.
Qeyd edək ki, Kulevi terminalı neft və neft məhsullarının tranziti üçün nəzərdə tutulub. Dəmiryolu və gəmilər vasitəsilə nəql olunan məhsullar burada boşaldılır, rezervuarlarda saxlanılır və gəmilərə yüklənir. Burada əməliyyatlara 2008-ci il mayın 16-da başlanılıb.
Yüklərin boşaldılması 4 xətli körpülərdə həyata keçirilir ki, bu da eyni zamanda 168 dəmiryolu çən-vaqonun boşaldılmasına imkan verir. Terminal vasitəsilə xam neft, mazut, dizel yanacağı, qazoyl, metanol, aviasiya yanacağı, propilen, maye piroliz qatranı, nafta, izopropil spirti, sənaye nefti və kondensatın yüklənməsi həyata keçirilir.
© APA