Siyasət

05 Fevral

Toxuculuq sənayesində məhsul istehsalı artıb

Ötən il paytaxtın toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 162,3 milyon manat dəyərində məhsul istehsal edilib.

Fins.az xəbər verir Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata əsasən, 2018-ci illə müqayisədə toxuculuq sənayesində 3,6 faiz artım, geyim istehsalında 11,9 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 36,5 faiz azalma müşahidə olunub.