Siyasət

05 Fevral

BP-dən neftlə bağlı bədbin proqnoz

BP Plc, koronavirus epidemiyası böhranın bu il qlobal neft tələbi artımının üçdə birini yox edəcəyi proqnozunu verib.

Fins.az xəbər verir ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) qlobal neft tələbi artımının 2020-də gündəlik 1.22 milyon barel təşkil edəcəyini nəzərdə tutur. BP-nin proqnozuna görə, bu artım 800 min barel azala bilər.

Ancaq OPEC-in analizi, qarşıdakı altı aylıq dövr üçün tələbdə gündəlik 400 min barel bir azalma olacağına işarə edir.

ABŞ-da, özəl ektor məlumatları xam neft ehtiyatlarında artım olduğunu göstərib və bu vəziyyət zəif istehlak narahatlıqlarının daha da artmasına səbəb olur.

Qeyd edək ki, bu gün Brent nefti 54 dollar səviyyələrində alıcı tapır.

 "Xam neft ehtimalla, koronavirus təhlükəsi ortadan qalxana ya da OPEC + koalisiyası hasilatı daha çox azaldana qədər tələb narahatlıqları ilə düşməyə davam edəcək. Virusun ortadan qalxmasını gözləmək OPEC və ortaqlarına baha başa gələ bilər", analitiklər bildirirlər.