2019-cu ildə “Mingəçevir Tekstil” MMC 46 milyon amant məbləğində iplik realizə edib. Bunu “Mingəçevir Tekstil” MMC-nin direktoru Mehman Hüseynov deyib.
“Mingəçevir Tekstil”in fabriklərində istehsal olunan ipliklərin Open End və Ring növlərinə dünyada böyük tələbat var. Qısa bir zamanda istehsal etdiyimiz yüksək keyfiyyətli pambıq ipliklərin xarici bazarlara ixracına başladıq. Daxili bazara satışımız 7 milyon manat, ixrac isə 39 milyon manat olmaqla, ümumilikdə 2019-cu ildə 46 milyon manat təşkil edib”, - Hüseynov Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.
O dəqiqləşdirib ki, 2019-cu il ərzində isə ümumi satış həcmi 6 min tonu Open End və 6 min tonu Ring növündə olmaqla, 12 min ton təşkil edib, Bunun da 2 min tonu daxili, 10 min tonu - təqribən 83%-i isə xarici bazarda satılıb. Məhsullar Rusiya, Türkiyə, Portuqaliya, Belçika, Ukrayna, Polşa və Pakistana ixrac olunub.
“2020-ci ildə akril-viskon, akril-pambıq, viskoza və tensel ipliklərinin istehsalını planlaşdırırıq. Əsas hədəfimiz məhsulları şaxələndirərək xarici satış bazarlarımızı genişləndirmək və qeyri-neft sektorunun inkişafına öz töhfəmizi verməkdir”, - Hüseynov bildirib.
O, həmçinin məlumat verib ki, hazırda MMC-nin fabriklərində 700 nəfərdən çox işçi çalışır.
"Mingəçevir Tekstil" MMC 2017-ci ilin may ayında Mingəçevir Sənaye Parkının birinci rezidenti statusunu alıb. 2018-ci il fevralın 27-də şirkət iplik istehsalı üzrə iki fabriki istifadəyə verib. Fabriklər müsir texnologiyaların əssaında yaradılıb və Almaniya, İsveçrə, İspaniya, Yaponiya istehsalı olan avadanlıqla təchiz olunub. Layihənin ümumi dəyəri 144 milyon manatdır. Bu məqsədlərə SKMF-dən 10 milyon manat məbləğində güzəştli kredit ayrılıb.
İllik istehsal gücü 20 min ton olan fabriklərdə ipliklər Ring (10 min ton) və Open End (10 min ton) üsulları ilə istehsal olunacaq