Siyasət

03 Fevral

Bakıda neft hasilatı azalıb, əmtəəlik təbii qaz istehsalı isə artıb

Ötən il paytaxtın mədənçıxarma sektorunda neft hasilatı əvvəlki illə müqayisədə 3,3 faiz azalıb, əmtəəlik təbii qaz istehsalı isə 27,8 faiz artıb.

Fins.az xəbər verir ki, bu barədə  Bakı Şəhər Statistika İdarəsiməlumat yayımlayıb 

Məlumata görə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ildə 39,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilib.

Sənaye məhsulunun 80,7 faizi mədənçıxarma sektorunda, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.