Siyasət

31 Yanvar

Azərbaycan ötən il Gürcüstanın təbii qaza olan tələbatının 95%-ni təmin edib

“Ötən il Gürcüstanda 2,6 milyard kub metr həcmində təbii qaz istehlak olunub ki, bu tələbin də 95%-ni Azərbaycan təmin edib”.

Fins.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, Rusiyadan alınan təbii qazın həcmi isə 140-160 milyon kub metr təşkil edib ki, bu da daxili bazarın, təxminən, 5%-nə bərabər olub. 

©Report