Siyasət

30 Yanvar

"Türk Axını" ilə daşınanan qaz

Rusiyanın enerji nəhəngi “Qazprom” “TurkStream” boru kəməri vasitəsilə ilk 1 milyard kubmetrlik təbii qazın daşındığını açıqlayıb.

Açıqlamaya görə, boru kəməri vasitəsilə nəqli həyata keçirilən ilk 1 milyard kubmetrlik qazın 54 faizi Türkiyəyə, 46 faizi isə Bolqarıstan-Türkiyə sərhədinə çatdırılıb.

İnşası 15 ay çəkən “TurkStream” boru xəttinin açılışı 8 yanvar tarixində Rusiya və Türkiyə prezidentləri tərəfindən həyata keçirilib. İllik 31.5 milyard kubmetr qaz nəqli potensialına malikdir.