Siyasət

30 Yanvar

OPEC təcili yığıncaq keçirə bilər

Neft İxrac edən ölkələr Birliyinin (OPEC) üzvləri, koronavirus epidemiyasının tələbə zərbə vuracağı narahatlıqları ilə neft qiymətlərinin düşməsinin ardından gələn ay təcili yığıncaq keçirməyi qiymətləndirir.

 

Fins.az xəbər verir ki, Əlcəzairin Energetika naziri Məhəmməd Arkab, birliyin Mart ayında keçirməyi planlaşdırdığı yığıncağı ehtimalla Fevral ayına çəkəcəyini bildirib. Arkab, qərarın yaxın günlərdə verilə biləcəyini sözlərinə əlavə edib. 

 

OPEC-in növbəti toplantısı 5-6 Martda keçiriləcəkdi.

 

Bu gün Brent neftinin qiyməti 59 dollardan da aşağı düşüb. Bakı vaxtı ilə saat 14:30-da Brenrt nefti 2% ucuzlaşma ilə 58,62 dollardan alıcı tapıb.

 

©Marja