Siyasət

29 Yanvar

Ötən il Gürcüstanda 11 minə yaxın abunəçi təbii qaz şəbəkəsinə qoşulub

“Ötən il Gürcüstanın 7 bölgəsində 11 minə yaxın abunəçi təbii qaz şəbəkəsinə qoşulmaq imkanı əldə edib”.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Nazir Gürcüstan hökumətinin bu günlərdə təsdiq etdiyi 2019-2021-ci illər üçün qazlaşdırma planının müzakirəsində deyib ki, təbii qazla təminat əsas dövlət proqramlarından biridir: “2019-cu ildə qazlaşdırma işləri planlaşdırıldığından daha tez həyata keçirilib. Ötən il Gürcüstanın Qaznəqletmə Şirkəti 7 bölgənin 20 bələdiyyəsinin 41 yaşayış məntəqəsində qazlaşdırma həyata keçirib. Ümumilikdə 702 485,3 metr uzunluqda qaz kəməri çəkilib və 10 820 abunəçi təbii qazla təmin olunub”.

N.Turnava qeyd edib ki, yeni yaşayış məntəqələrində qazlaşdırma işləri müəyyən edilmiş müddət çərçivəsində aparılır.

Gürcüstanın Qaznəqletmə Şirkətindən bildirilib ki, ölkənin 20 yaşayış məntəqəsində aparılan qazlaşdırlma işləri bu ilin birinci rübündə başa çatdırılacaq. Daha 145 yaşayış məntəqəsinin təbii qazla təmin olunması ilə bağlı layihə hazırlanıb, 407 yaşayış məntəqəsində isə layihə öncəsi tədqiqatlar aparılıb. 

©Report