Siyasət

29 Yanvar

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi YENƏ BİRİNCİ OLDU

2019-cu ildə 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $1,035 milyard təşkil edib. 

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin yanvar sayıında məlumat verilib 

"2019-cu ilin yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($219,5 mln.), özəl şirkətlər arasında isə “Azerbaijan International Mining Company” ($109,9 mln.) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - deyə məlumatda bildirilir.

Müəllif:Aynur Qəniyeva